Keyfiyyət

Bugün əminliklə deyə bilərik ki, Xırman şirkətinin istehsal etdiyi  məhsullar öz keyfiyyət göstəriciləri ilə şirkətimizin etimadını hər yerdə doğrultmaqdadır. Biz Xırman ailəsi olaraq  məhsullarımızın yüksək gigiyenik şəraitdə istehsal edilməsinə hər zaman ciddi səylə nəzarət edirik.

İstehsal edilən məhsullarımızın keyfiyyət  sisteminin  Beynəlxalq Standartlaşdırma Təşkilatının 9001:2008 standartına tam uyğun olmasına baxmayaraq, istehsal müəssisələrində məhsullarımızın keyfiyyətinə ən yüksək təminatı verəcək olan İSO 22000 versiyalı beynəlxalq standartın tətbiqi ilə əlaqədar işlərin genişləndirilməsinə artıq  başlanmışdır. Şirkətimiz ən qısa zamanda bu standarta  nail olmağı əsas  prioritetlərdən biri sayır.

Şübhəsiz ki, keyfiyyətli və təbii məhsullar ətrafımızda daha çox məmnun və sağlam müştərilərin toplanmasına təkan verən vacib amil olduğunu anlayırıq.