İstehsalat

Dəyirman
Əsas fəaliyyət istiqamətlərimizdən olan dəyirman kompleksinin istehsal gücü 400 t/gün-dür. Burada qabaqcıl texnologiya hesabına, bir-birlərini tamamlama sxeminin tətbiqi ilə müxtəlif buğda növlərindən yüksək keyfiyyətli un çeşidləri - əla, birinci və ikinci növ un istehsal olunur.

Çörək zavodu
Şirkətimiz çörəkbişirmə sahəsində kifayət qədər təcrübəyə malikdir. Əsas xammal kimi öz dəyirmanımızda üyüdülmüş buğda unu və idxal etdiyimiz çovdar unundan istifadə edilir. Burada Rusiya və Ukrayna reseptləri ilə yanaşı şirkətimizə məxsus reseptlərlə də çörəyin müxtəlif növləri bişirilir.

Süd istehsalı zavodu
Azərbaycanın əsasən Xaçmaz və İmişli rayonlarından toplanaraq tam steril formada zavodumuza çatdırılan təbii süd laborator müayinədən sonra istehsala verilir. Qatılaşdırılmış südün Azərbaycanda ilk dəfə istehsalına məhz bizim zavodumuzda başlanılıb. Süd zavodumuzda kərə yağı, kombinə olunmuş yağlarla yanaşı pendir, xama, dovğa, ayran kimi ağartı məhsulları da hazırlanır.