Süd qəbulu

Azərbaycan qida sektorunda 1997-ci ildən etibarən fəaliyyət göstərən Xırman şirkəti istehsal etdiyi müxtəlif çeşidli məhsullarla bazarda layiqli yerini tutmuşdur.Təbii xammaldan istifadə edərək  yüksək keyfiyyət göstəricilərini əsas tutan şirkətimiz un və çörək məmulatları, qatılaşdırılmış süd, yağ  və digər süd məhsulları istehsalında ən son texnologiyaların istifadəsi ilə istehlakçıların böyük rəğbətini qazanmışdır. Məhz “Xırman” şirkəti  Azərbaycanda ilk dəfə olaraq qatılaşdırılmış və bişmiş qatılaşdırılmış südün yerli istehsalını həyata keçirmiş və bu sahədə liderliyini qoruyub saxlaya bilmişdir. Beynəlxalq və yerli standartlar əsasında  istehsal edilən gündəlik qida məhsullarının yerli və xarici bazarların istehlakçılarını tam məmnun edecək səviyyədə olması məhsullarımızın Azərbaycan ilə yanaşı Türkiyə, İran,  Gürcüstan və Liviya bazarlarına da ixrac olunmasına təkan vermişdir.

Xırman şirkəti ölkə ərazisində geniş istehsal infrastrukturuna malik olub, Bakı şəhərində yerləşən dəyirman, çörək zavodu, süd istehsalı zavodu, Xaçmaz və İmişli rayonlarıında yerləşən süd qəbulu məntəqələri və bununla belə Xaçmaz rayonunda meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması və satışı məqsədilə beynəlxalq standartlara cavab verən soyuducu anbar kompleksinə malikdir.

Yeniliklərə hər zaman açıq olan şirkətimiz qloballaşan dünyada rəqabətə davamlı bir şirkət olmaq üçün daima çalışmağın və ən son innovasiyaların tətbiqinin zəruri olduğunu dərk edir və bu yolda heç bir səyi əsirgəmir.

İstehsal edilən məhsullarımızın keyfiyyət  sisteminin  Beynəlxalq Standartlaşdırma Təşkilatının 9001:2008 standartına tam uyğun olmasına baxmayaraq, istehsal müəssisələrində məhsullarımızın keyfiyyətinə ən yüksək təminatı verəcək olan İSO 22000 versiyalı beynəlxalq standartın tətbiqi ilə əlaqədar işlərin genişləndirilməsinə artıq  başlanmışdır. Şirkətimiz ən qısa zamanda bu standarta  nail olmağı əsas  prioritetlərdən biri sayır.

Şübhəsiz ki, Xırman ailəsi olaraq bizim ən böyük nəaliyyətimiz müştərilərimizin məmnuniyyətidir və biz buna sonsuzadək  dəyər veririk.